Sürücülərin diqqətinə! - Bu yollar rənglənir

Baxış sayı:
844

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsinin daxili yollarında üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sürücülərdən sözügedən yollarda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.