SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - Bu avtomobillərin qapısını 5 saniyəyə açmaq mümkündür

Baxış sayı:
8142

Avtomobil istehsalında təhlükəsizlik sistemi ildən-ilə təkmilləşdirilir, bununla da avtomobil oğrularının qarşısında daha çətin “vəzifə” qoyulur. Bunu sübut və təkzib etməkdən ötrü “What Car” nəşrinin ekspertləri Böyük Britaniya bazarının yeddi ən populyar avtomobilini seçərək onların qapısını açmağa cəhd ediblər.

Eksperimentdə “Land Rover Discovery”, “Land Rover Discovery Sport”, “Audi TT RS”, “Ford Fiesta”, “Mercedes Benz A-class”, “BMW X3” və “DS3 Crossback” avtomobillərindən istifadə olunub. Bu modellərdən hər biri açarsız daxilolma sisteminə malikdir. Ekspertlər daha çox “BMW X3” və “Ford Fiesta” modelləri ilə əlləşiblər. Bu avtomobillərin qapısını açmaqdan ötrü onlar hər modelə 40 saniyə vaxt sərf ediblər. Onlara “hadisə yerini” tərk etməkdən ötrü daha 20 saniyə tələb olunub.

“Mercedes Benz A-class” markasına 30 saniyə, “Land Rover Discovery”yə cəmi 20 saniyə sərf olunub, lakin bu avtomobili sürmək mümkün olmayıb.

“Land Rover Discovery”nin idman versiyasının müdafiədə daha zəif olması məlum olub və avtomobil qısa 10 saniyə ərzində öz mövqeyini əldən verib.

Açarsız daxilolma sisteminin aktiv olduğu şəraitdə 10 saniyə ərzində “Audi TT RS” modelini qaçırmaq mümkündür. Eksperimentdə iştirak edən avtomobillər arasında ən “zəifi” isə “DS3 Crossback” modeli olub, onun öhdəsindən cəmi 5 saniyəyə gəliblər.

Nəticə budur: rahatlığı əhəmiyyətli dərəcədə yüksəldən açarsız daxilolma şübhəsiz ki, sizin avtomobilinizin təhlükəsizliyində zəif bənddir. (Azərtac)