​Sürücülərin diqqətinə: Bakıda daha bir yolda geridönmə - Foto

Baxış sayı:
694

Bakıda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Xətai prospekti ilə Fəzail Bayramov küçəsinin kəsişməsində yolötürücüsünün altında geridönmə təşkil edilib.
Muxalifet.az Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla da şəhərin mərkəzindən Şah İsmayıl Xətai prospekti ilə gələn nəqliyyat vasitələrinin, o cümlədən, 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının Əhməd bəy Ağaoğlu küçəsinə rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilib.