​Sürücüləri 150 manat cərimələyəcək qanun dəyişdirilə bilər? – VİDEO

15 noyabr tarixindən etibarən avtomobillərin yan şüşələrinə quraşdırılan jalüzlərin istifadəsi qadağan olunacaq. Qaydalara riayət etməyən sürücülər məsuliyyətə cəlb ediləcəklər.
Muxalifet.az-ın xəbərinə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lider TV-yə açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinin arxa sağ-sol qapı şüşələrindən jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edilməsinə görə sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən, 150 manat məbləğində cərimə olunacaqlar.
Sürücülər isə məsələyə bu cür yanaşmanı birmənalı qarşılamayıblar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: