​Sürücülərə məcburi olacaq bu qurğu neçəyədir?

Baxış sayı:
3910

Müzakirəyə çıxarılacaq qanun layihəsinə görə, yük avtomobilləri və beynəlxalq sərnişin daşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulan taxoqrafların qiyməti 250 manatdan başlayır.
Axar.az xəbər verir ki, alğı-satqı saytlarında taxoqraf cihazı satışa çıxarılıb. Qanun layihəsinin qəbulundan sonra müəyyən edilmiş avtomobillərə vurulması məcburi olacaq bu qurğunun istifadə edilmişi 250 manatdan ucuz deyil.
Qeyd edək ki, yeni qanun layihəsinə əsasən, ölkədaxili yük və beynəlxalq sərnişin daşıyan nəqliyyat vasitələrinə taxoqraf quraşdırılacaq. İnzibati Xətalar Məcəlləsinə əsasən, taxoqraf qurğusu olmayan və ya işləməyən, möhürlənməsi pozulmuş taxoqrafla avtomobilin idarə edilməsinə görə 40 manat cərimə tətbiq ediləcək.
Məqsəd nəqliyyat vasitələrinin sürət həddini aşmadan və istirahət rejiminə əməl etməklə idarə olunmasını təmin etməkdir.
Layihə Milli Məclisin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.