​Sürücü törətdiyi qəzada öldü

Baxış sayı:
16801

Fevralın 18-də saat 16 radələrində Qusar rayonunun İmamqulukənd kəndi ərazisində rayon sakinləri K.Sultanəliyevin idarə etdiyi “QAZ-31105” və R.Ağakərimovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, nəticədə R.Ağakərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qusar RPŞ tərəfindən araşdırma aparılır.