Sürücü piyadanı vurub qaçmaq istədi, TUTULDU

Hadisə dənizkənarı yolda baş verib
 
Bakının Xəzər rayonunda piyada vurulma hadisəsi qeydə alınıb.
Mərdəkan qəsəbəsində dənizkənarı yolda 1968-ci il təvəllüdlü Babaxanova Sevinc Fazil qızını minik avtomobili vuraraq ərazidən uzaqlaşıb.
Xəsarət alan qadın yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən sürücü saxlanılıb. Araşdırma aparılır.