Sürücü piyadanı vuraraq qaçıb - BAKIDA

Bakıda sürücü piyadanı vuraraq ərazidən qaçıb.
 
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Hövsan qəsəbəsində yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Hacıyev Yusif Rauf oğlunu minik avtomobili vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Xəsarət alan şəxs yoldan keçən sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.