​Sürücü avtobusu festival iştirakçılarının üzərinə sürdü - 1 ölü, 3 yaralı

Baxış sayı:
1054

Niderlandın cənubunda naməlum şəxs kiçik avtobusu musiqi festivalının tamaşaçılarının üzərinə sürüb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, “De Morgen” qəzeti polisə istinadən bir nəfərin öldüyünü, üçünün yaralandığını yazıb.
İnsident məşhur “Pink Pop” festivalı zamanı baş verib.
Polisin məlumatına görə, avtobus sürücüsü hadisə yerindən qaçıb gizlənə bilib. Hazırda o axtarırlar.
Hadisənin motivi müəyyənləşdirilir.