Sürətlə artan gərginlik: Avropa Birliyindən İRAN MESAJI...

Baxış sayı:
439

 Avropa Birliyi (AB), İranın nüvə sazişindəki öhdəliklərini azaltma məqsədindən narahat olduğunu bildirdi.

AB Komissiyasının mətbuat katibi Maja Kocijcancic, gündəlik mətbuat konfransında, "İran prezidenti Hasan Ruhaninin bugün etdiyi 'İranın nüvə sazişindəki öhdəliklərini daha da azaldacağına” dair açıqlamasından narahatıq" dedi.
ABD-ın İranla bağladığı nüvə sazişiindən çıxmasına və sanksiya tətbiq etməsinə rəğmən AB-nin öhdəliklərini yerine yetirdiyinə işarə edən Kocijcancic, "İranı, nüvə sazişindəki vəzifələrinə zidd olan bütün fəaliyətləri dayandırmağa, nüvə razılaşmasını qorumağa və razılaşmanın tam olaraq yerinə yetirilməsinə ziyan verə bilən hərəkətlərdən çəkinməyə çağırırıq”,  deyə söylədi.
Muxalifet.az