Surqutdakı terror aktını Artur Hacıyev həyata keçirib

Şənbə günü, avqustun 19-da Rusiyanın Surqut şəhərində 7 nəfərin yaralanması ilə başa çatmış terror aktını 19 yaşlı Artur Hacıyev törədib.
 
Virtualaz.org “Vesti”yə istinadən xəbər verir ki, Artur Hacıyev əslən Dağıstandandır. Onun atası – Lamətullah Hacıyev radikal dini cərəyanların təmsilçisi kimi polisin qeydiyyatındadır.
Xatırladaq ki, polis terror aktını törətmiş şəxsi hadisə yerində güllələyərək məhv edib. İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.