“Suriyaya Ərəb qüvvələrini gətirmək kimi bir niyyətimiz yoxdur” – ABŞ rəsmisi

Baxış sayı:
5764

ABŞ-ın xarici işlər naziri Pompeonun Körfəz ölkələrinə səfəri öncəsində Amerikalı üst səviyyə bir səlahiyyətli “Reuters” xəbər agentliyinə açıqlama verib.
 
 Pompeonun 8-15 yanvar tarixləri arasında reallaşacaq İordaniya, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt və Oman səfərləri ərəfəsində Amerikalı üst səviyyə bir səlahiyyətli “Reuters” xəbər agentliyinə mühüm açaıqlama verib.
ABŞ prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarı verdiyini qeyd edən səlahiyyətli, "Əlimizdə hələ ki, dəqiq bir təqvim yoxdur. ABŞ əsgərləri Suriyada müddətsiz şəkildə qalmayacaq. Hazırda çəkilməyin necə olacağına dair formullar axtarırıq" deyib.
 
Körfəz ölkələrinə mesaj
 
Amerikalı səlahiyyətli, "Xarici işlər naziri Pompeo, Körfəz ölkələrinə “Yaxın Şərqi tərk etməyəcəyik" mesajını çatdıracaq” deyə bildirib.
ABŞ rəsmisi eyni zamanda, Suriyaya Ərərb qüvvələrinin gətirilməsi yönündə konkret bir planın olmadığını da vurğulayıb.
Müxalifət.az