​Suriyaya hücum üzrə İŞİD-in planları məlum olub

Baxış sayı:
5332

“İslam dövləti” qruplaşması ölkənin şərqində, İraqla sərhəd yaxınlığında yerləşən Suriya qüvvələrinin mövqelərinə irimiqyaslı hücum məqsədilə qüvvələrini toplayır. 
Muxalifet.az-ın “Al-Masdar News” nəşrinə istinadən verdiyi məlumata görə, terrorçular Fərat və Xabur çayları boyunca yerləşən əsas rayonları öz nəzarəti altına qaytarmağa çalışacaq.
Orada bir neçə iri şəhər, o cümlədən neftlə zəngin bir sıra ərazilər yerləşir. 
Bu informasiya həqiqətə uyğun olarsa, ABŞ-ın dəstəklədiyi, Dəyr-əz-Zor və Əl-Xasaka əyalətlərində yerləşən Suriya hərbi hissələri minlərlə yaraqlının hədəfinə çevrilə bilər. 
Suriya və İraq hərbi hissələrinin mövqeləri İŞİD-ə nisbətən kifayət qədər zəifdir.