Suriyanın yaşayış məntəqəsində humanitar aksiya keçirildi

Baxış sayı:
14050

Rus hərbi qulluqçuları Suriyanın Darya vilayətində humanitar aksiya keçiriblər.
Muxalifet.az bu barədə "readto.ru" saytına istinadla xəbər verir.

Aksiya çərçivəsində 500 ədəd ərzaq qutusu və şirniyyatlar paylanıb. Ərzaq yardımından başqa məktəbli uşaqlara məktəb ləvazimatları yığılmış çantalar paylanıb. Suriyada stabillik yaranmağa başladığına görə Sayda yaşayış məntəqəsində məktəblər və uşaq bağçaları işlərini bərpa edib. Aksiyada tibb işçiiləri də iştirak ediblər.  
Muxalifet.az