Suriyanın Tel Abyad şəhərində terror aktı törədildi

Baxış sayı:
2500

Şanlıurfanın Akcakale yaşayış məntəqəsi ilə üzbəüz yerləşən Suriyanın Tel Abyad şəhərinin Suluk qəsəbəsində PKK/PYD terrorçu qrup terror aktı təşkil edib. 

Türk ordusunun “Sülh mənbəyi” əməliyyatı nəticəsində terrorçulardan təmizlənmiş Tel Abyad şəhərinin Suluk qəsəbəsində terror aktı baş verib. Hücum nəticəsində 8 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Terror aktı partlayıcı yüklənmiş maşının partlaması nəticəsində baş verib.
Muxalifet.az