Suriyanın şimalında toqquşma! Terrorçular atəş açdı

Baxış sayı:
2446

Terror təşkilatı YPG/PKK “Fərat Qalxanı” hərəkatı bölgəsində yer alan Türkiyə sərhədinə 19 kilometr məsafədəki Mare rayonunda ASO mövqelərinə hücum edib.
 
YPG/PKK Türkiyə sərhədinə 19 kilometr məsafədə yerləşən Hələb vilayətinə bağlı Mare rayonunu ağır silahlarla atəşə tutub.
Terrorçuların Mare rayonu ətrafında yer alan Harbil, İmhuş və Şeyx İsa rayonlarından başlayaraq zaman-zaman mülki yaşayış məntəqələrini də vurduğu hücuma ASO gücləri qarşılıq verib.
 
3 saat sürdü
 
Tərəflər arasındakı qarşıdurma 3 saat sürüb, ASO əsgərlərindən ölən, ya da yaralanan olmayıb.
Digər tərəfdən, “Fərat Qalxanı” hərəkatı bölgəsindəki ASO birliklərinə rayonun cənubundakı Bəşşar Əsəd rejimi qüvvələri tərəfindən 10 dəqiqə ərzində uzun lüləli silahlarla hücum edilib.
Bab rayonu ətrafındakı Əsəd qüvvələrinin hücumunda da ASO tərəfindən ölən və ya yaralanan olmayıb.
Müxalifət.az