​Suriyanın ən müasir havadan müdafiə sistemi var - Mey

Baxış sayı:
6403

Suriyaya hücum icazəsini parlamentdə müzakirəyə çıxarsaydıq, əməliyyatın detalları gizli qalmayacaqdı.
Muxalifet.az xəbər verir ki, bu sözləri Britaniya Baş naziri Tereza Mey deyib.
“Baş nazir və hökumət üçün olduqca çətin qərar idi. Suriya rejimi bu gün dünyanın ən modern havadan müdafiə sistemlərinə malikdir. Belə bir düşmənə qarşı gəlmək üçün onu mümkün qədər çaşdırmaq lazım idi. Burada hücumun hədəfini və zamanını gizlətmək olduqca önəmli idi. Əgər parlamentdə bunu müzakirəyə çıxarsaydıq, hücumla bağlı gizli heç nə qalmayacaqdı”, - deyə baş nazir bildirib.