​Suriyanın cənubunda genişmiqyaslı əməliyyatlar başladı

Suriyanın cənubunda yerləşən Dəra şəhərində müxalif qüvvələr İŞİD-ə qarşı genişmiqyaslı əməliyatlara başlayıblar.
 
Muxalifet.az xəbər verir ki, Yermük hövzəsinin civarında başladılan əməliyyatların məqsədinin Hayt ərazisini İŞİD-çilərin mühasirəsindən qorumaq olduğu bildirilib.
Müxaliflərin ağır artilleriyadan İŞİD hədəflərinə zərbələr endirdiyi vurğulanıb.
Qeyd edək ki, müxaliflər bundan öncə də terrorçulara qarşı hücuma keçsə də, uğur qazana bilməmişdilər.