​Suriyanın bərpası üçün bu lazımdır - Çin

Baxış sayı:
3337

Suriyanın müharibədən sonrakı bərpa prosesi yalnız əsas təhlükəsizliyin təmin olunacağı təqdirdə başlaya bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Çin hökumətinin Suriya üzrə xüsusi nümayəndəsi Se Syaoyan deyib.
“Ümid edirik ki, beynəlxalq ictimaiyyət Suriyanın müharibədən sonrakı bərpa prosesinə diqqətini artıracaq və bu prosesdə iştirak edəcək. Prosesin başlanması üçün əsas təhlükəsizlik təmin olunmalıdır. Hazırda regionda qarşımızda duran əsas məsələ sülh və təhlükəsizliyin təmin edilməsidir”, - Syaoyan bildirib.