Suriyanı vuran ittifaqa İSRAİLDƏN TÖVSİYƏ: İRANI DA VURUN

Baxış sayı:
6673

İsrailin baş naziri Binyamin Netanyahu şənbə günü İngiltərənin baş naziri Teresa Mey ilə telefon danışığı apararaq ABŞ vəmüttəfiqlərinin Suriyadakı əməliyyatın İrana da qarşı keçirilməsini tövsiyə edib.
 
Şənbə günü Teresa Mey ilə telefonda danışan Binyamin Netanyahu, ABŞ-ın Suriyadakı kimyəvi silahlardan istifadəsinə yönəlik əməliyyatına dəstək verdiyini ifadə edərək, əməliyyat üçün İngiltərəyə və Fransaya dəstəkdən duyduğu məmnuniyyəti dilə gətirib.
 
ƏSƏD KİMİ İRAN DA VURULMALIDIR
 
Əməliyyatın bölgədə kimyəvi silahlara dözümlülüyün olmayacağı mesajını verdiyini vurğulayan Netanyhau, İranın nüvə gücünə sahib və bölgədə nizamı pozan terrorçu bir dövlət olduğunu söyləyib.
"Əsəd öz ölkəsini və Orta Şərqi təhlükəyə ataraq Suriyada İranın varlığına icazə verir" deyən Netanyahu, "Kimyəvi silahlara qarşı sərt siyasət terrorçu ölkələrə və nüvə enerjisi olan qruplara qarşı da həyata keçirilməlidir" deməklə, birbaşa İranı hədəfə gətirib.

Müxalifət.az