​“Suriyalıların əzablarına səbəb Suriya və Rusiyadır” – TRAMP VƏ MEY

Baxış sayı:
3505

ABŞ prezidenti Donald Tramp və Britaniyanın xarici işlər naziri Tereza Mey Şərqi Qutada Suriya və Rusiyanın ürəkağrıdan əzablarına səbəb olduqlarında razılaşıb.
İki ölkə lideri telefon söhbəti zamanı Suriyanın paytaxtında humanitar böhranı da müzakirə edib. Onlar humanitar fəlakətə görə Rusiya və Suriya rejimini günahlandırıb.
Suriyanın dövlət mediası və insan haqları müdafiəçilərinin bildirdiyinə görə, hökumət qüvvələri ilə onun müttəfiqləri şərqi Qutada 6 kəndi ələ keçirib. Bu, son ay əldə edilən ən böyük zəfər hesab edilir. Rəqib döyüşçülər əks-hücuma keçərək, hökumətin cəbhə xəttinə doğru irəliləyib.
Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu rəqib döyşçülərin bir kəndin nəzarətini ələ keçirdiyini, döyüşlərin isə davam etdiyini bildirib.
BMT və digər yardım agentlikləri bildirib ki, bu günə planlaşdırılan humanitar yardımların çatdırılması baş tutmayıb.
Birləşmiş Ştatlar və Rusiya Suriya münaqişəsi ilə bağlı mövqeləri müxtəlifdir. Belə ki, Moskva prezident Bəşar Əl-Əsəd hökumətini, Birləşmiş Ştatlar isə bu yaxınlara qədər İslam Dövləti terrorçu qrupunun məhvi diqqət mərkəzində olan Suriya Demokratik Qüvvələri və üsyançı qrupları dəstəkləyir.