Suriyalılardan “Türkiyəyə birləşmək” tələbi

Baxış sayı:
3628

Suriyalılar əllərində Türk bayraqları küçələrə çıxıb. Əslində bu adətkar olduğumuz bir vəziyyətdir. Ancaq bu dəfəki mesaj daha fərqlidir. Çünki əvvəlki kimi "Türk əsgəri bizi qorusun" deməklə kifayətlənmirlər, "Türkiyənin himayəsinə girmək istəyirik" deyirlər.
 
Taha Dağlı / Haber7
 
Suriyada 3 kritik bölgə var. Lazkiye, İdlib və Xama.
Bu üçbucağın müəyyən məqamları içərisində Türkməndağı da var, son dövrlərdə bir çox nümayişlərə səhnə olur.
Bu nümayişlərə qatılan vətəndaşlar əllərində Türk bayraqları və üzərində "Biz Türkiyənin himayəsinə girmək istəyirik" yazılı plakatlarla Türkiyəyə müraciət edirlər.
Son olaraq İdlibdəki Türk əsgərinin müşahidə məntəqəsinə gedən nümayişçilər, “Əsəd rejimini rədd edirik, Türkiyənin himayəsinə girməyi tələb edirik” şüarları ilə aksiya keçirib.
Suriyalı vətəndaşlar, "Biz yerləşdiyimiz regionların Türkiyəyə verilməsini tələb edirik, hüquqi olaraq bunun baş verməsi üçün nə lazımdırsa, hazırıq" deyirlər.
Bu nümayişlər Suriyalı müxaliflərin nəzarətindəki bölgələrdə son 2 həftədir demək olar ki, hər gün keçirilir. Bölgələrdəki tayfa başçıları və qənaət liderləri də Türkiyəyə mesaj göndərərək, həmin məsələni dilə gətirirlər.
Buralarda yaşamaq üçün mücadilə edən Suriya xalqı 24 avqust 2016-dakı “Fərat Qalxanı” hərəkatı ilə birlikdə Türk əsgərini çiçəklərlə, qurbanlar kəsərək qarşılamışdılar.
 Türk əsgərini hər fürsətdə torpaqlarına dəvət edən bu insanlar, "Bizi Əsəd və PKK zülmündən qoruyun" deyə müraciət edirlər.
Bu dəfə təkcə "qoruyun" demirlər, "Bizlər də Türkiyənin bir hissəsi olaq" deyirlər.
Yəni Suriyalılar özlərini deyil, torpaqlarını da Türkiyəyə gətirmək istəyirlər.
Bayırbucak bölgəsi, İdlibin demək olar ki, hamısı və Hamanın Lazkiyə-İdlib sərhədində Türkiyəyə yaxın şimal məntəqələrinin Türkiyə xəritəsinə daxil edilməsi istiqamətində bir tələb var.
Suriyalılar bu təşəbbüsü edərkən məsələnin hüquqi aspektini da araşdırırlar.
Bu ana qədər 3 milyona yaxın imza topladıqları deyilir.
Bölgələrində referendum keçirməklə Türkiyəyə bağlanmaq istədiklərini bildirirlər.
Müxalifət.az