Suriyalılar Süleymaninin öldürülməsini bayram edib - Küçələrdə şirniyyat paylayıblar... - VİDEO

Baxış sayı:
4126

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin  Amerikanın hava qüvvələri tərəfindən öldürülməsinə sevinən suriyalılar yanvarın 3-də ölkənin müxtəlif şəhərlərində əhali arasında şirniyyat paylayıblar.
Muxalifet.az bu barədə "ednews" saytına istinadla bildirir. Son illər Suriyada baş verən döyüşlərin bir qismimə rəhbərlik edən Qasım Süleymaninin ölüm xəbərinə görə şadlıq edən Suriya əhalisi Dəməşqdə və digər şəhərlərdə küçələrə çıxıb insanlar arasında şirniyyat paylamaqla, İranın müdaxiləçi siyasətinə vurulan ağır zərbədən sevindiklərini nümayiş etdiriblər. Suriyalılar həmçinin İranın, o cümlədən də “Sepah”ın ölkənin daxili işlərinə qarışmasına son qoyulmasını tələb ediblər.
Xatırladaq ki, yanvarın 3-ü gecə saat 01:20 radələrində Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, eləcə də daha 4 “Sepah”çı,  Hüseyn Cəfəri Niya, Şəhrud Müzəffəri Niya, Hadi Tarəmi və Vəhid Zamaniyan, həmçinin “Haşdi-Şabi” başçısının müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və daha bir neçə nəfər ABŞ-ın hava hücumu nəticəsində öldürülüb.