​Suriyalılar Rusiyada hərbi təhsil almağa başladı

Baxış sayı:
1609

8 suriyalı uşaq Sankt-Peterburq Dəmir Yolları Birliyi və Hərbi Əlaqə İnstitutunda təhsil almağa göndərilib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın "Zvezda" televiziyası yayıb.
Məlumata görə, Rusiya və Suriya arasındakı saziş çərçivəsində institutda yaradılan beynəlxalq əməkdaşlıq sinfini bu gün Rusiya Müdafiə naziri müavini Dmitri Bulqakov ziyarət edib. Jurnalistlərə açıqlama verən Bulqakov bildirib ki, rus hərbi məktəblərinə ilk dəfədir ki, suriyalılar qəbul edilib:
"Suriya ordusuna bu uşaqlardan mükəmməl zabit yetişdirilməsi üçün əlimizdən gələni edəcəyik. Bu sınaq addımıdır və gələcəkdə də qəbullar davam edəcək. Suriyalıların bütün hərbi təyinatlı məktəblərə alınması ilə bağlı təlimat verdik".
O, institutda təhsil almağa başlayan suriyalı tələbələrin müharibə gördüyünü və yaxınlarını itirən uşaqlar olduğunu bildirib:
"Bu uşaqlar müharibəni öz gözləriylə görüblər. Onlar həqiqi müharibə uşaqlarıdır. Bu yaxınlarda Sankt-Peterburqda göy guruldadı, fırtına oldu. Bütün uşaqlar çölə qaçdı və yerə uzandı. Yəni gurultu eşitdikdə nələr edilməsi lazım olduğu hələ də düşüncələrində var. Uşaqlar bu vəziyyətdən düzgün şəkildə çıxarılmalı və normal həyatlarına qayıtmalıdırlar.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya hökuməti rusca bilən və bir sıra sınaqlardan keçən suriyalı gənclərin rus hərbi məktəblərində pulsuz təlim almasını təmin edən qərar verib. Rusiya və Suriya arasında əldə edilən razılığa əsasən, təlim 7 il müddətində qüvvədə qalacaq və tərəflərin etirazı olmayacağı təqdirdə daha 7 il uzadılacaq.