Suriyalı terrorçudan şok etiraf: "Ağır silah təlimini Amerikanlar verdi"

Baxış sayı:
5812

Terror təşkilatı PKK/YPG-yə yönəlik istintaq çərçivəsində haqqında iddia açılan Suriyalı terrorçu ağır silah təlimini ABŞ-dan aldıqlarını etiraf edib.
 
PYD/YPG üzvü olan Suriyalı terrorçu H. M, peşmanlıq qanunundan faydalanaraq ifadə verib.
İfadəsində, təxminən 6 il əvvəl Türkiyəyə gəldiyini, ancaq Hələbdə yaşayan atasının xəstələnməsindən sonra təkrar Suriyaya qayıtdığını deyən terrorçu H. M, burada 2 ay qaldıqdan sonra Aynularab (Kobani) yaxınlarında olan Pendir kəndinə getdiyini bildirib.
PKK/YPG-li terrorçuların yolda onları dayandırdığını və zorla terror təşkilatının düşərgəsinə apardıqlarını ifadə edən H. M, bunları qeyd edib:
"Burada 'Amed' kod adlı, mənim də olduğum qrupdan məsul adam bizi qarşıladı. Mənə 'Çat' kod adını verdi. Burada 40 gün boyunca silahlı və ideoloji təhsil aldıq. Təhsil əsnasında 'biz 4 parça olan Kürdüstan dövlətini quracağıq' şəklində təbliğat aparırdılar. Bu 4 parçadan bəhs edərkən Türkiyə, Suriya, İraq və İrandan danışırdılar. PKK ilə YPG haqqında, 'ad olaraq ayrıyıq, ancaq məqsədimiz eynidir. Hər ikisinin də lideri Abdullah Öcalandır' şəklində çıxışlar edirdilər. Təhsil verilərkən 'Siz Suriya Demokratik Qüvvələri' daxilində yer alırsınız' deyirdilər".
 
“Ağır silah təhsilini ABŞ-dan aldıq”
 
Etirafçı H. M, buradakı təhsildən sonra başqa bir düşərgəyə aparıldığını bildirərək bu məlumatları paylaşıb:
"YPG içərisində olduğum dövrdə silah, bomba, raket və sursat ilə yemək və geyim ehtiyacları avtomobillərl\ gəlirdi. Şiyokda olduğum dövrdə Amerikan əsgərləri bizə 15 gün kalaşnikov, bixi, qranatamyot, raketlərin atılması təhsili verdilər. Amerikan əsgərləri təhsilini tamamlayanlara təzə kalaşnikov avtomatı paylayırdı. Mənim təhsil aldığım dövrdə 150 adam idik. Təhsilini tamamlayanları 30 şəxsi qruplara ayırdılar. Hər bir qrupa 2 bixi, 2 qranatomyot, 30 kalaşnikov silah və bunlara aid sursat verdilər. Amerikalı olduğunu bildiyim kəslər 5 adam idi, yanlarında 15 YPG-li olurdu".
Təhsil bitdikdən sonra Cerablusun qarşı tərəfində Fərat çayı kənarında keşik çəkdiklərini qeyd edən terrorçu, "Kəşfiyyat təyyarələri gəldiyi zaman 'atəş açın' deyilirdi. YPG-lilərin dronları vardı və bizi nəzarət etmək məqsədiylə uçururdular. Öz dronlarını uçurduqları zaman bizə məlumat gəlirdi" deyə söyləyib.
Terror təşkilatının çirkli üzünü gördükdən sonra bir fürsət tapıb, qaçdığını deyən H. M, Türkiyəyə keçid edərkən təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alındığını ifadə edib.
Etirafçı H. M Suriyada məcburi olaraq terror təşkilatı içərisində olduğu üçün peşmanlıq duyduğunu sözlərinə əlavə edib.
Müxalifət.az