Suriyalı qadının ağlayaraq TÜRK ƏSGƏRİNƏ VERDİYİ SUAL KÖVRƏLTDİ: “QURTULDUQMU”?

Baxış sayı:
15736

TSQ və ASO, Afrinin Katmah kəndini ələ keçirib. Kənddə axtarış və təmizləmə aparan Türk əsgərini görən rayon sakini 55 yaşlı Suriyalı Ayla Məhəmməd, Mehmetciyə doğru qaçıb, "Xilas Olduqmu"? deyə, soruşub. Sonra Türk əsgərindən aldığı cavabla Ayla Məhəmməd sevincdən göz yaşlarına hakim ola bilməyib.
 
Türkiyə Silahlı Qüvvələrinin ”Zeytun Budağı” Hərəkatı çərçivəsində Afrin bölgəsinə doğru irəliləyişi davam edir. Afrinin Katmah kəndinin terrorçulardan təmizlənməsi ilə Türk Silahlı Qüvvələri bölgədə axtarış və araşdırmalara başlayıb.
Bu kənddə yaşayan 55 yaşlı Ayla Məhəmməd, Türk əsgərlərini görməsilə yanlarına qaçıb, "Xilas Olduqmu" deyə, soruşub, sonra aldığı cavabdan sevinc göz yaşlarına hakim ola bilməyib. Türk əsgərlərinin bölgəni terrorçulardan təmizləməsinə yönəlik təşəkkürürünü bildirən Ayla Məhəmməd bunları deyib: "Dualarımız qəbul oldu. Qurtulduq, xilas olduq. Bu günləri də gördüm. Çox çətin günlər keçirdik. Böyük qorxu yaşamışıq".
Müxalifət.az