​Suriyalı qaçqınlar Türkiyədən deportasiya olunacaq

Baxış sayı:
5989

Suriyalı qaçqınlara Türkiyədə qüvvədə olan qanunlar çərçivəsindən kənara çıxmağa icazə verilməyəcək.
Bunu Türkiyənin sabiq baş naziri, İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib.
O bildirib ki, qanunu pozmağa çalışan hər bir suriyalı qaçqın Türkiyədən deportasiya olunacaq.
B.Yıldırım əlavə edib ki, İstanbulda 700 min suriyalı qaçqın yaşayır və Suriyada münaqişə başa çatan kimi onlar İstanbulu tərk edəcək.
Qeyd edək ki, statistik məlumatlara əsasən Türkiyədə 3,6 milyon suriyalı qaçqın məskunlaşıb.