Suriyadan yaxın həftələrdə çəkilməyə başlayacağıq” – ABŞ generalı

Baxış sayı:
88

ABŞ Mərkəzi Qüvvələr Komandanı general Cozef Votel ABŞ prezidenti Donald Trampın göstərişi əsasında Suriyadan çəkilmə prosesinə bir neçə həftə içərisində başlayacaqlarını açıqlayıb.
 
 Dəqiq tarixin Suriyadakı hasisələrə bağlı olaraq müəyyənləşəcəyini qeyd edən Votel, bu məqamda ABŞ dəstəkli terror təşkilatı PKK/YPG-nın İraq sərhədindəki bir başqa terror təşkilatı İŞİD-a qarşı başladığı əməliyyatın əhəmiyyətli rol oynayacağını söyləyib.
“Reyters”-ə açıqlama verən Votel, çəkilmə prosesinin konkret tarixi ilə bağlı “Hər şey meydançadakı gəlişmələrdən asılı olacaq” deyib.
 Yaxın Şərq səyahətində jurnalistlərə açıqlama verən Votel, "Çəkilmə məsələsində güman edirəm ki, bu ana qədər olmaq istədiyimiz nöqtədəyik. Əsgərləri hərəkət etdirmək, təchizatları hərəkət etdirməkdən daha asandır. Burada etməyə çalışdığımız şey meydançada işimizə yaramayacaq avadanlıqları təmizləməkdir" deyib.
 Müxalifət.az