​Suriyadan sərt qərar: ABŞ koalisiyası ləğv edilsin

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada İŞİD-dən başqa hər şeyi məhv edir.
Bu barədə Suriya Xarici İşlər naziri Valid Müəllim danışıb.
“Minlərlə Suriya vətəndaşı koalisiyanın endirdiyi aviazərbələrin qurbanı olub. ABŞ koalisiyası metodiki olaraq iqtisadi infrastrukturu məhv edir. Buna görə də biz qəti şəkildə həmin koalisiyanın ləğv edilməsini tələb edəcəyik”, - Müəllim deyib.
XİN rəhbəri koalisiyanın fəaliyyətinin Suriyadakı müharibə şəraitini mümkün qədər uzatmağa xidmət etdiyini bildirib.