​Suriyadan qaçan İŞİD-çilər İordaniyada güllələndi

Bazar günü bir qrup terrorçu Suriya ilə sərhəddə yerləşən Ət-Tanf sərhəd-buraxılış məntəqəsindən İordaniyaya keçməyə cəhd göstərib.
TASS xəbər verir ki, nəticədə 5 nəfər sərhədçilər tərəfindən güllələnib, daha iki terrorçu isə əsir götürülüb.
Ət-Tanf bölgəsində Suriya ordusu tərəfindən təqib olunan İŞİD terrorçuları fəaliyyət göstərir.
İordaniya Silahlı Qüvvələri Komandanlığının məlumatına görə, son üç gündə onlar bir neçə dəfə sərhədə yaxınlaşsalar da, İordaniya sərhədçilərinin atəş açması nəticəsində krallıq ərazisinə keçə bilməyiblər.