“Suriyadan ORDUMUZU ÇƏKMƏYƏCƏYİK” – PENTAQON

ABŞ-ın müdafiə naziri Mattis, “İndiki halda Suriyada hədəfimiz İŞİD yox olana qədər əməliyyatlarımızı davam etdirmək və Cenevrədə diplomatik bir həll əldə edənədək onların geri gəlməmələri üçün mövcud mövqeyimizi qorumaqdır. Cenevrə prosesində bir nəticəyə varmadan, Suriyadan ayrılmayacağıq” İfadələrini işlədib.
 
Sonra Mattis açıqlamasında, bu ifadələri işlədib:
“Siyasi razılaşma və gələcək üçün gedəcəyimiz yer, Birləşmiş Millətlər Təşkilatının koordinasiyası ilə davam edən Cenevrə prosesidir. İndiki hədəfimiz, İŞİD xilafəti yox olana qədər əməliyyatlarımızı davam etdirmək və Cenevrədə diplomatik bir həllə nail olanadək onların geri gəlməmələri üçün mövqeyimizi qorumaqdır. Beləliklə, Cenevrə prosesi bir nəticəyə varmadan Suriyadan ayrılmayacağıq".
İŞİD-in məğlubiyyətinin meyarının nə olduğu ilə bağlı sualdan qaçan Mattis, bu təşkilatın hələ tam bitmədiyini və onların müharibə istəyinin olduğu müddət ərzində ABŞ-ın döyüşməyə davam edəcəyini dilə gətirib. Bu isə o anlama gəlir ki, ABŞ istəmədikcə İŞİD müharibəni davam etdirəcək və məhz bu səbəb-bəhanə ilə də Amerikan əsgərləri regionda, o cümlədən Suriya və İraqda qalmaqda davam edəcək.
Müxalifət.az