Suriyadan “NATO” AÇIQLAMASI : 3 ÖLKƏ...

 Suriyalı general-mayor Həsən Süheyl Mayadinde Suriya ordusu tərəfindən ələ keçirilən İŞİD-ə aid bir anbarda NATO-nun ən yeni silahlarının olduğunu deyib.
 
Jurnalistlərə  açıqlama verən Süheyl, Suriya ordusunun Mayadində İŞİD-ə aid bir sursat anbarını ələ keçirildiyini bildirib.
Süheyl, anbarda NATO-nun ABŞ, Belçika və İngiltərə istehsalı olan ən yeni silahların yer aldığını ifadə edib.
General bildirib ki, silahlar o qədər çoxdur ki, onları buradan daşımağımız ən az 6 gün çəkər. Onun bildirdiyinə görə, anbarda çoxlu silah və xarici kommunikasiya sistemləri var.
Müxalifət.az