Suriyadan geri çəkilən ABŞ əsgərlərini İraqa girdi​

Baxış sayı:
20713

ABŞ-ın  zirehli texnikalardan ibarət hərbi karvanı İraqa girdi.
Muxalifet.az  xəbər verir ki, bu barədə  hurriyet.com  məlumat yayıb.
Suriyadan  geri  çəkilən ABŞ əsgərlərini daşıyan 100 ədəd  zirehli texnika Suriya sərhədində Simelka sərhəd keçid məntəqəsindən  İraqa girdi. Döyüş təyyarələrinin  müşayiəti ilə Duhokdan keçən Amerikan hərbi birliklərinin Enbardakı Aynül Əsəd bazasına köçürüləcəyi gözlənilir. Xatırladaq ki, ABŞ Müdafiə Naziri Mark Esper dünənki açıqlamasında president Donald Trampın qərarıyla Suriyadan çıxarılan minə qədər ABŞ əsgərinin İraqın qərb bölgələrinə göndəriləcəyini bildirmişdi.

Muxalifet.az