​Suriyadan BMT-yə təxirəsalınmaz məktub: Dərhal...

Suriya hökuməti BMT Təhlükəsizlik Şurasına məktub göndərərək, ABŞ liderliyindəki beynəlxalq koalisiyanın cinayətlərinin qarşısının alınması üçün tədbir görülməsini istəyib.
Muxalifet.az xəbər verir ki, məktubda koalisiyanın Suriya xalqına qarşı həyata keçirilən qorxunc cinayətlərinin təxirəsalınmaz şəkildə dayandırılmasının zəruri olduğu qeyd edilib.
“Suriya hökuməti mülki əhaliyə qarşı təşkil olunan qırğını şiddətlə qınayır”, - məktubda bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl koalisiyanın Deyr əz-Zoru vurması nəticəsində 10 mülki şəxs həlak olmuşdu.