​Suriyadakı yarım milyonun ölümünü araşdırın - İSRAİL

Baxış sayı:
4720

Dünya ictimaiyyəti Yaxın Şərqdə baş verənlərə ikiüzlü münasibət bəsləyir.
Muxalifət.az xəbər verir ki, bunu İsrail Müdafiə naziri Aviqdor Liberman deyib.
“Onlar Yaxın Şərqdə yüz minlərlə insanın ölümünü görməzdən gəlirlər, amma İsrail 16 terrorçunu məhv edəndə təcili şəkildə BMT Təhlükəsizlik Şurasının iclası çağırılır. İsrail ordusu heç bir istintaq komissiyası ilə əməkdaşlıq etməyəcək. Qoy, əvvəlcə Suriyadakı yarım milyon insanın, Liviya, Sudan və Yəməndə 9 min insanın ölümünü araşdırsınlar”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Qəzza sektorunda fələstinlilərin etiraz aksiyası keçiriblər. Etiraz aksiyası zamanı 17 fələstinli həlak olub, 1500 nəfər isə yaralanıb.