Suriyadakı “TƏHLÜKƏSİZ BÖLGƏ ilə bağlı ABŞ-Türkiyə razılaşması varmı?

Baxış sayı:
8917

 Türkiyədə 3-4 aydır davam edən seçki gündəminə görə Suriyadakı “Təhlükəsiz bölgə” məsələsində yaranan "zehni tənbəlliyi” aradan qaldıracaq bəzi xatırlatmalar edək.
 
 ABŞ tərəfi başlanğıcda Türkiyənin olmayacağı, beynəlxalq koalisiya gücünün varlığını mərkəzə alan 32 kilometr dərinliyində bir təhlükəsiz zona ideyasını ortaya atmışdı.
Ankara isə bu ideyaya isti yanaşmaqla yanaşı, bu bölgənin nəzarətinin özündə olması lazım olduğunu vurğulayırdı.
İki tərəfin birləşdiyi nöqtə isə bu bölgədə YPG varlığının olmamasıdır.
İki paytaxt arasında bu danışıqları aparan, Türk orqanlarının da ona rəğbətlə baxdığı Suriya üzrə Xüsusi Nümayəndə Ceyms Jeffrinin "Türkiyə ilə YPG-nin olmayacağı bir təhlükəsiz bölgə barəsində də çalışırıq" sözlərini bunun təsdiqi kimi oxuyuruq.
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın "Danışıqlarda yaxınlaşma var" deyə ifadə etdiyi, ABŞ müdafiə nazirliyi rəsmisinin "Nisbətən irəliləyiş var" dediyi müzakirələrin bu mərkəzdən irəliləməkdə olduğunu da təxmin edə bilərik.
Bəs orta yol necə ola bilər?
Ağla ilk gələn fikir bir bölgü sövdələşməsinin getməkdə olduğu yönündədir.
Yəni danışıqlar müsbət məcrada getdiyi təqdirdə bir hissəsini Türkiyənin, yerdə qalan hissəsini ABŞ-ın yaradacağı koalisiyanın nəzarətinə buraxacaq bir razılaşma ola bilər.
Əlbəttə, xüsusilə Münbiçin timsalında verilib, sonra yerinə yetirilməyən sözləri yadda saxlamaqla ehtiyatı əldən verməmək şərti ilə.
Müxalifət.az