Suriyadakı tayfalardan Türkiyəyə çağırış: “Fəratın şərqinə əməliyyat keçirin”

Baxış sayı:
10876

 Suriyanın Hələb şəhərinə bağlı Azez rayonunda Suriya Qəbilələr və Tayfalar Məclisi Türkiyənin yanında olduqlarını qeyd edən bir bəyannamə yayımlayıb.
 
Türkyə Fəratın şərqinə qarşı əməliyyat hazırlığını davam etdirərkən, bölgədəki tayfalar və qəbilələrdən də mümkün əməliyyata yönəlik dəstək bəyanatı verilib.
Azez rayonuna bağlı Siccu kəndindəki toplantıya Suriya Milli Koalisiyasının sədri Əbdürrəhman Mustafa Astana görüşlərindəki nümayəndə heyətinin sədri Əhməd Toma, Suriya Qəbilələr və Tayfalar Məclisinin sədri Əmin Assani ilə tayfa liderləri iştirak edib.
 
“ƏMƏLİYYAT KEÇİRİLSİN” TƏLƏBİ
 
 Suriya Qəbilələr və Tayfalar Məclisinin sədri Əbu Nəcib Rami əl Dos burada verdiyi açıqlamada, Fəratın şərqində yerləşən bir çox tayfanın da məclislərini tanıdığını və dəstək mesajı göndərdiyini deyib. Əl Dos tayfaların Türkiyədən Fəratın şərqində əməliyyat keçirməsini tələb etdiyini bildirib.
Əl Dos toplantıya dair məlumat verib: "Məclis, Azad ordu, Türk Hökuməti və Türk Ordusuna Fəratın şərqinə əməliyyat mövzusunda etdiyi müraciətini yeniləmişdir. Eyni şəkildə, ekstremist təşkilatlara qarşı və onları işğal etdikləri ərazilərdən çıxarmaq üçün verdiyi dəstəyi qeyd etmişdir. İştirakçılar Türkiyə ilə olan əlaqələrin dərinliyinə və Türk və Suriya xalqı arasında ortaq tarix üzərində qurulmuş və aralarında dini, irqi, mədəni və fikir oxşarlığı bağları etdiyinə diqqət çəkmişlər".
Müxalifət.az