Suriyadakı tayfa başçıları Türkiyədə görüşdü: PKK-ya imkan verməyəcəyik

Baxış sayı:
5998

Türkiyənin Şanlıurfa əyalətində iftar məclisində bir araya gələn Suriya Tayfa və Qəbilələr Məclisi ərazisini işğal edən YPG / PKK-ya təpki göstərib. Ərəb, Türkmən və Kürd tayfa rəhbərləridən meydana gələn Məclisin başçısı Rami El Saleh bunları söyləyib: “Terror yəşkilatı əllərindəki bölgələrdə yaxınlarımızı qətl edirlər. PKK-lılar çox yaxınlarda doqquz nəfər insanımızı öldürdülər. Biz terror təşkilatına qarşıyıq, onları qəbul etmirik. Biz işğal etdikləri yerləri tərk etməyəcəyik, terrorçulara nəfəs aldırmayacağıq". Müxalifət.az