Suriyadakı qəbilələr PKK/YPG-yə qarşı MİLLİ ORDU QURUR

Baxış sayı:
4043

Türkiyə prezidenti Ərdoğan və Rusiya lideri Putinin son Ankara görüşündən bir gün sonra Suriyadakı 55 tayfanın nümayəndəsi İstanbulda toplaşıb. Suriyada mövcud olan PKK/YPG terrorçularının bitirilməsi üçün fəaliyyətə başlanılıb.
 
Prezident Ərdoğan ilə Rusiya lideri Putinin 11 dekabrda Ankaradakı görüşündə Suriyada YPG-nin varlığı məsələsi də müzakirə olunub. Ərdoğan Putinə PKK-nın Suriya qolu PYD/YPG-nin Kürdləri təmsil etmədiyini, əksinə, özünə müxalif olanları təzyiq və təhdidlə köçə məcbur etdiyini sənədlərlə anladıb.
Putinə PYD/YPG-nin sürgünə zorladığı Kürd tayfaları və bağladığı siyasi partiyalarla bağlı məlumatlar verilib. Soçidə keçiriləcək Konqresdə Kürdləri təmsil edən, 15 partiyadan ibarət olan Suriya Kürd Milli Şurasının (ENKS) də içində yer aldığı siyahı də təqdim olunub. Ərdoğanla Putin arasında bu görüşdən bir gün sonra İstanbulda sürpriz görüş keçirilib.
 
PKK, ABŞ VƏ ƏSƏDLƏ ƏLAQƏLƏRİ OLANLAR İFŞA EDİLƏCƏK
 
Ərəb, Türkmən, Kürd, Druz və Ermənilərdən ibarət 50 tayfa və qəbilə liderlərinin iştirak etdiyi iclasda YPG-yə qarşı mübarizə qərarı alınıb. Buna görə region tayfaları Türkiyənin dəstəyi və diplomatik olaraq açdığı sahə üzərindən Suriyanın şimalında YPG və əlaqəli quruluşlara qarşı xalq hərəkatının başladılmasını terror təşkilatına qarşı müdafiə kontekstində müzakirə ediblər. ABŞ-ın dəstəklədiyi YPG-yə qarşı, Ərəb və YPG-yə müxalif Kürd tayfalarından yaranan birliklər yaradılacaq. Eyni anda Ərəb və Kürd əhalisinin içində PKK , ABŞ və Əsəd rejimi ilə əlaqəsi olanlar da ifşa ediləcək.
 
QƏRAR QƏBUL OLUNDU
 
İlk dəfə bir araya gələn tayfa liderləri "Milli Ordu" yaradılması ilə bağlı qərar veriblər. Suriyadakı hadisələr qarşısında birlikdə hərəkət edilməsinin vacibliyi vurğulanıb. İclasda baş katiblik də yaradılıb. Alınan qərarların həyata keçirilməsi üçün 25 dekabrda Samandağda ikinci iclasın keçiriləcəyi, hüquqi, siyasi və hərbi heyətlərin fəaliyyət göstərəcəyi bir icra ofisinin təşkil edəcəyi qərara alınıb.
Müxalifət.az