Suriyada vəziyyət qızışdı: YPG/PKK Azad Suriya Ordusu ilə döyüşür

Baxış sayı:
5515

Terror təşkilatı YPG/PKK, Suriyanın şimalındakı müxaliflərə təcavüzünü  sürətləndirib. Müxaliflərin qarşılıq verməsi ilə toqquşmalar davam edir.
 
YPG/PKK, iki il əvvəl Afrindən cənub-şərqə doğru yayılaraq işğal etdiyi Tel Rifat rayonundan, Azad Suriya Ordusunun (ASO) hədəflərinə təcavüz atəşləri açır.
Tel Rifatın qarşısındakı Mare-də yerləşən ASO-nun qarşılıq verməsindən sonra Azez-Mare xəttində başlayan qarşıdurmalar, üç gündür ki, davam edir.
YPG/PKK, bu xətdəki mövqelərə qaubitsadan atəş açır. Münaqişələr döyüşlər hazırda davam edir.
“Fərat Qalxanı” Hərəkatı bölgəsində mövqe tutan Türk Silahlı Qüvvələri (TSQ) də terrorçuların qaubitsa atəşlərinə iriçaplı özüyeriyən toplarla cavab verib.
Bu arada, TSQ, “Fərat Qalxanı” Hərəkatı bölgəsinin YPG/PKK ilə olan cəbhə xətlərini da gücləndirib.
TSQ konvoyları, bölgəyə təxminən 30 maşınla tank, personal daşıyıcı, mərmi və uzun lüləli toplar sövq edib.
Müxalifət.az