​Suriyada vəziyyət gərginləşir — Hökumət İdlibdə əməliyyata hazırlaşır

Baxış sayı:
823

Türkiyə Hələbin Afrin bölgəsinə hərəkat üçün hazırlıqlara başlayıb.
Muxalifet.az xəbər verir ki, Suriya ordusu da "Əl Nusra" cəbhəsini mühasirəyə almaq və məhv etmək üçün İdlibdə genişmiqyaslı hərbi əməliyyata hazırlaşır.
Ordunun planı barədə məlumatı "İzvestiya" qəzetinə Suriya ordusundakı mənbələr verib.
Mənbənin məlumatında deyilir: "Bunun üçün Hama, Hələb, İdlib şəhərlərinin kəsişmə nöqtəsi seçilib. İlin əvvəlində başlayan hərəkat uğurlu oldu və artıq silahlıları mühasirəyə almağa hazırlaşırıq".
Hərəkat əsnasında Əbu Dühur hərbi bazası da nəzarət altına alınacaq.