“Suriyada Türkiyə qüvvələrinin olmasını qeyri-qanuni hesab edirik” – ANKARAYA MÜHARİBƏ XƏBƏRDARLIĞI

 Suriyanın şimalında Türkiyə ordusunun olması təcavüzdür və vaxtında Dəməşqin buna reaksiyası müvafiq olacaq.
“RİA Novosti” xəbər verir ki, bunu jurnalistlərə Suriya prezidentinin müşaviri Buseyna Şaaban deyib.
"Biz Suriya ərazisində Türkiyə qüvvələrinin olmasını qeyri-qanuni hesab edirik… biz lazımlı vaxta onlarla müvafiq qaydada rəftar edəcəyik", - Şaaban vurğulayıb.
Müşavir onu da qeyd edib ki, Türkiyənin Suriyanın şimalındakı hərəkətləri Astanada əldə olunmuş razılaşmanın çərçivəsindən kənara çıxır.