Suriyada terroristlərə verilən SİLAHLARIN ALTINDAN KİMLƏR ÇIXDI...

Rusiya Müdafiə Nazirliyinin “Zvezda” televiziya kanalı Suriyada rejim qüvvələrinin İŞİD-dən ələ keçirdiyi silahları lentə alıb. Terror təşkilatının silah arsenalının hamısı ABŞ, Belçika, Almaniya və İsrail kimi ölkələr tərəfindən istehsal olunan silahlardan ibarətdir. Təbii ki, bunlar arasında Rusiya istehsalı olan silahlar da yox deyil, sadəcə bunu Kremlim maraqları daxilində olduğu üçün yalnız xarici istehsallı silahlar TV-də yayımlanıb.
 
Rusiya Müdafiə Nazirliyinə bağlı “Zvezda” TV kanalı, Suriyada rejim qüvvələrinin İŞİD-dən ələ keçirdiyi silahların görüntülərini yayıb. Görüntülərdəki silahların hamısının ABŞ, Belçika, Almaniya və İsrail kimi ölkələr tərəfindən istehsal olunan ölüm maşınları olması diqqət çəkir. Bu görüntülər analitiklərdə "İŞİD-in əlinə bu qədər silah verildisə, ABŞ-ın açıqdan dəstəklədiyi PKK/YPG-nın əlinə kim bilir nə silahlar və hərbi ləvazimatlar verilmişdir"? haqlı sualını yaradır.
 
 SƏBƏBKAR VASHINGTONDUR
 
Bu yöndə Əsəd rejiminin ordusunda xidmət edən general Məhəmməd Aşar maraqlı açıqlama verib:"5 iyun- 15 sentyabr tarixləri arasında ABŞ-ın Suriyadakı terrorçulara silah və hərbi sursatla dolu 1421 ədəd TIR yükü  göndərdiyini bilirik. Bu silahlar terrorla mübarizədə töhfə vermək əvəzinə, İŞİD və əl-Qaidənin Suriya qolu olan əl Nusra Cəbhəsinin sursat cəbbəxanasına keçib. Bunları sizə göstərdik. ABŞ, İŞİD və havadarlarına silah verir, onların mövqelərinin güclənməsinə səbəb olur. Suriyadakı terror təhlükəsindən məsul olan bir tərəf varsa, o da Vaşinqtondur".
Müxalifət.az