"Suriyada terror dövlətinə imkan verməyəcəyik" - ƏRDOĞAN

Şimali Suriyada bir dövlət yaradılmasına heç vaxt icazə verməyəcəyik.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Qətiyyən Allah yolunda öldürülənlərə ölülər deməyin. Bitdi və onlar bizimlə bərabərdir. Şəhadət məkanların ən alisidir. Türkiyə Cümhuriyyəti dövlətindən başqa dövlət yoxdur. Paralel dövlət də tanımırıq. Terror dövlətinə imkan vermədik. Cənubda, Suriyanın şimalında PYD bir cəhd edir. Yanınızda kim olursa olsun, bilin ki, Türkiyə Silahlı Qüvvələri Şimali Suriyada dövlət yaradılmasına heç vaxt imkan verməyəcək. Bunu biz ABŞ-a və digər ölkələrə də dedik. İmkan verməyin, versəniz, durum fərqli olacaq. Sizlər terrorla xatırlanarsınız", - Ərdoğan qeyd edib.