Suriyada sular isindi! ABŞ sahəyə qayıdır

Baxış sayı:
2635

Beş ay əvvəl Suriyadakı Amerika əsgərlərinin çıxarılmasını istədiyini deyən ABŞ prezidenti Donald Tramp, yaxınlaşan İdlib əməliyyatı öncəsində planını dəyişib.
 
ABŞ-ın nüfuzlu qəzetlərindən “Vaşinqton Post”-un özəl xəbərinə görə, ABŞ lideri Vaşinqtonun bölgədəki məqsədləri üçün zamanı qeyri-müəyyən olan hərbi səy və diplomatik təzyiq göstərməyi qəbul edib.
Xəbərini Xarici İşlər Nazirliyi mənbələrinə əsaslanan “Vaşinqton Post”, terror təşkilatı İŞİD-ə qarşı aparılan müharibənin, demək olar ki, başa çatdığını və Pentaqonun hazırkı bir nömrəli hədəfinin İran güclərinin Suriyadan çıxarılması olduğunu bildirir.
Yeni Suriya siyasətində bütün Suriyalıların və beynəlxalq ictimaiyyətin qəbul etdiyi bir hökumət ilə sabit qurumlar da var.
“Vaşinqton Poçt”-a görə, Trampın fikrini dəyişdirən hadisə tərəfdaş kimi gördüyü Rusiyanın İrana yardım etməsi olub. Daxili müharibədə Bəşər Əsədin yanında yer alan Rusiya və İran, hazırda müxaliflərin əlindəki son vilayət olan İdlibə hücum etməyə hazırlaşır. Həftənin əvvəlindən bu yana Rus təyyarələri bir neçə dəfə bombardman edib.
2200 Amerikan əsgərinin Suriyadan çəkilməyəcəyini bildirən qəzet, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin "Tələsməyə ehtiyac yoxdur" sözlərinə yer verib.
Radikal siyasət dəyişikliyinə işarə edən bir başqa açıqlama isə, baş qərargah rəisi Yozef Dunforddan gəlib. General Dunford, prezident Trampla Suriyada bir hərbi variantı danışdıqlarını deyib.
“Reuters” xəbər agentliyinin xəbərinə görə, Dunford Vaşinqtonun Dəməşq rejimini bir neçə dəfə İdlibdə kimyəvi silah istifadə edilməməsi üçün xəbərdarlıq etdiyini xatırladıb.
ABŞ-ın baş qərargah rəisi, "Tramp bizdən hərbi variantlar gözləyir və biz də proseslərə görə variantları təzələyirik" deyib.
 
RUSİYAYA TƏHDİD
 
Digər tərəfdən, ABŞ Suriyanın cənubundakı Əl Tanfta bölgəsində hərbi təlimlərə başlayıb.
CNN-nə yüksək səviyyəli Pentaqon rəsmisi, təlimdə 100-dən çox Amerika əsgərinin iştirak edəcəyini və təlimin bir neçə gün davam edəcəyini söyləyib.
55 kilmetrelik sahədə icra edilən güc nümayişinin, regionda Rusiyanın əməliyyat keçirəcəyi istiqamətindəki xəbərlərdən sonra gəlməsi diqqət çəkir. CNN-nə məlumat verən səlahiyyətli, sözügedən təlimin Rusiya təhlükəsinə qarşı bir hazırlıq olduğunu dilə gətirib.
Müxalifət.az