Suriyada səfirlik açacaqlar? İngiltərə açıqladı

Baxış sayı:
4708

 İngiltərənin Suriya üzrə xüsusi nümayəndəsi Martin Longden Bəşşar Əsəd rejiminin legitimliyini itirdiyini bildirərək Dəməşqdəki İngilis səfirliyini bu səbəblə 2012-də bağladıqlarını, açmağı da planlaşdırmadıqlarını söyləyib.
 
Qeyd edək ki, bəzi mətbuat orqanlarında çıxan xəbərlərdə, İngilis diplomatların Dəməşqdəki səfirlik binasını ziyarət etdiyi və İngiltərənin Suriyadakı səfirliyini yenidən açmağa hazırlandığı iddiaları yer almışdı.
Müxalifət.az