“Suriyada saatlı bombanın partlamaması üçün Türkiyə və Rusiya ilə danışdıq” – Fransa XİN

Baxış sayı:
5563

Fransanın xarici işlər nazi Le Drian İdlibdə humanitar vəziyyəti çox pis və təhlükəsizlik baxımından "saatlı bomba" kimi dəyərləndirib.
 
Le Drian, "Əgər İdlibdə müharibə olarsa, burada baş verəcəklər Hələbdə baş verən acı və qırğınlardan çox daha dəhşətli olacaq. Bu səbəblə bu saatlı bombanın partlamaması üçün beynəlxalq ictimaiyyətin və hərəkətə keçəcək hər kəsin hərəkətə keçməsi lazımdır. Prezident  Makron ilə Rus və Türklərə də bunu deyirik, çünki İdlib Türkiyənin sərhədində yerləşir" deyə, söyləyib.
İdlib məsələsində gərginliyin olduğunu və Astana qrupunun təminatçıları Rusiya, Türkiyə və İranın bu problemə çarə tapmalarını istədiyini deyən Le Drian, İdlibdə müharibənin başlayacağı təqdirdə qaçqınların Türkiyəyə gələcəyinə diqqəti çəkib.
 
RUSİYA VƏ TÜRKİYƏ İLƏ BİR ÇIXIŞ YOLU TAPMAĞA ÇALIŞIRIQ
 
İdlib ilə bağlı, "Rusiya və Türkiyənin etibarını zədələyəcək humanitar faciədən qaçmaq lazımdır. Rusiya və Türkiyə ilə bir çıxış yolu tapmağa çalışırıq" deyən Le Drian, ABŞ prezidenti Donald Trampın Suriyadakı vəziyyətlə məşğul olmadığı istiqamətindəki suala isə, ABŞ-ın Suriyadan çəkilmədiyini və Suriyanın şimal-şərqində varlığını davam etdirdiyini ifadə edib.
Le Drian, Fransada və Avropada terror hücumlarının mümkün artımı ilə bağlı suala, "Bəlkə Avropada (terror aktı) olmaz. Amma terror təşkilatları var və Rusiya bunu bilir. Orta Asiyadan çox terrorçu gəlir" cavabını verib.
Müxalifət.az