​Suriyada Rusiyaya aid PUA vuruldu

Baxış sayı:
5473

Suriyalı yaraqlılar Həma əyalətinin şimalında Rusiya ordusuna aid pilotsuz uçan aparatı (PUA) vurduqlarını bildirib.
Muxalifet.az  xəbər verir ki, bu barədə terrorçuların fəaliyyətinin monitorinqini aparan “Directorate 4” Telegram kanalı məlumat yayıb. Vurulmuş PUA-nın fotoşəkili kanalda dərc olunub.
Məlumata görə, PUA “Ceyş əl-İzza (“Şərəf ordusu”) terrorçu qruplaşmasının yaraqlılarının əlinə keçib. Hadisə Kafr-Zeyt yaşayış məntəqəsində baş verib.
Məlumatda qeyd olunur ki, vurulmuş aparat “Eleron-3SV” məsafəli müşahidə kompleksinə aid olub. Bütün gün ərzində hava kəşfiyyatı aparmağa və ərazilərin fotoşəkillərini çəkməyə imkan verir.