​Suriyada Rusiya vertolyotu qəzaya uğradı - İKİ PİLOT ÖLDÜ

Baxış sayı:
6487

Muxalifət.az xəbər verir ki, mayın 7-nə keçən gecə Suriyada Rusiyanın Hava Kosmik Qüvvələrinə məxsus Ka-52 vertolyotu qəzaya uğrayıb. Nəticədə iki pilot həlak olub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə qəzanın səbəbi texniki nazaslıq ola bilər. Son həftə Suriya səmasında artıq ikinci dəfədir ki, rus pilotları qəzaya uğrayır: mayın 3-də Rusiyanın Su-30SM qırıcısı və onun iki pilotu məhv olmuşdular. O zaman qəzanın səbəbinin təyyarənin mühərrikinə daxil olmuş quşlar ola biləcəyi fərziyyəsi irəli sürülmüşdü.
“Kommersant” qəzeti isə, hərbi idarə orqanlarındakı iki mənbəə istinadən, Ka-52 vertolyotunun radikal dindarlar tərəfindən vurulduğunu bildirib.
Bununla da Suriyada həlak olan Rusiya ordusu hərbçilərinin rəsmi sayı 87 nəfərə çatıb. RF Müdafiə Nazirliyinin məlumatına görə, ən böyük itki 2018-ci il martın 6-da baş verib. O zaman Xmeymim bazasına eniş zamanı Rusiyanın An-26 nəqliyyat təyyarəsi qəzaya uğramış, 39 nəfər həlak olmuşdu./Hurriyyet.org