Suriyada Rusiya təyyarəsi partladı – SON DƏQİQƏ

Rusiyanın Su-24 bombardmançı təyyarəsi Suriyada Xmeymim bazasında uçuşa qalxan zaman qəzaya düşüb.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik təyyarədəki iki pilotun təyyarədən çıxa bilmədiyini və həlak olduğunu bildirib.